Dünya

Jirinovski “Sputnik V”in yaradıcılarının “Nobel”ə namizəd göstərilməsini təklif edib

8 Fevral 2021 09:16
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Sputnik V" peyvəndinin yaradıcıları Rusiya Federasiyası Dövlət Mükafatı ilə mükafatlandırılsınlar, tibb üzrə "Nobel" mükafatına namizəd göstərilsinlər". 

APA TASS-a istinadən xəbər verir ki, bu təkliflə Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski çıxış edib. 

"Sputnik V" peyvəndinin yaradılmasını əlamətdar hadisə kimi qiymətləndirən partiya sədri, eyni zamanda "Twitter" səhifəsində yazıb ki, peyvəndin yaradıcılarına iyunun 12-də Kremldə Dövlət Mükafatı verilsin.

Qeyd edək ki, Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən dünyada ilk dəfə ötən il avqustun 11-də "Sputnik V" adı verilən koronavirusa qarşı peyvənd hazırlanıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.