Dünya

Braziliyada son bir gündə 50 mindən çox insanda koronavirus aşkarlanıb

7 Fevral 2021 17:36
Baxış: 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyada son sutka ərzində daha 50 630 nəfərin koronavirus infeksiyasına yoluxması, 978 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 9 497 795 nəfər yoluxub. Bu müddət ərzində 231 012 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 8 363 677 xəstə müalicə olunaraq sağalıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.