Dünya

COVID-19-a yenidən yoluxmanın səbəbi açıqlanıb

7 Fevral 2021 10:36
Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq bir dəfə COVID-19-a yoluxan şəxslərdə immunitet bitdikdən sonra xəstələrlə tez-tez təmasda olarsa onlar eyni virusa yenidən yoluxa bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu tanınmış infeksionist Yevgeni Timakov söyləyib. O deyir ki, immunitet sistemi hər hansı bir dərman qəbulu nəticəsində zəifləyən zaman da təkrar yoluxma mümkündür:

"İnsanlar bir neçə səbəbdən yenidən xəstələnirlər. Koronavirus infeksiyası ömürlük toxunulmazlığa səbəb olmur. Bu su çiçəyi deyil".

Timakov deyir ki, insanlar hər il xəstələnirlər və 3-4 ildən bir patogenin yaratdığı xəstəlik təkrarlanır.

Bundan əlavə, mütəxəssisin dediyinə görə, əgər bir insan peşəsi və ya müəyyən şərtlər üzündən xəstə insanlarla daim təmasda olarsa, onun yenidən yoluxmaq ehtimalı çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.