Dünya

Rusiyada aksiyalar yazadək dayandırılır

5 Fevral 2021 10:39
Baxış: 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın bir neçə həftə ərzində Rusiyada genişmiqyaslı etiraz aksiyaları təşkil olunmayacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "Navalnı regional qərargah şəbəkəsi"nin rəhbəri Leonid Volkov sosial şəbəkədə yazıb:

"Navalnının qərargah şəbəkəsi yaxın bir neçə həftə ərzində yeni ümumrusiya aksiyaları təşkil etməyəcək, amma bunu mütləq yazda edəcək".

Xatırladaq ki, yanvarın 23-də müxalifətçi bloger Aleksey Navalnının həbsinə etiraz olaraq Rusiyanın müxtəlif şəhərlərində aksiyalar keçirilib və bu aksiyalar 31 yanvaradək davam edib. Fevralın 2-də məhkəmənin Navalnı ilə bağlı 3,5 illik həbs qərarından sonra da etiraz aksiyaları yenidən başlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.