Dünya

Ukraynada bir sıra telekanallara sanksiyalar tətbiq olundu - 3 kanal bağlandı

3 Fevral 2021 18:40
Baxış: 803
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik Şurasının ölkədə bir sıra telekanallara qarşı sanksiya tətbiq olunması qərarını təsdiqləyib.

Milli.Az xəbər verir ki, qərara əsasən, "112 Ukraina", eləcə də ZIK və "NewsOne" kanallarına qarşı sanksiyalar tətbiq olunub. Bu qərardan sonra həmin kanalların yayımı dayandırılıb.

Bundan başqa, "Novosti" mediaholdinqin sahibi, "Həyat naminə müxalif platforma" partiyasının deputatı Taras Kozaka münasibətdə də fərdi sanksiyalar tətbiq olunub.

Sanksiyalara görə, Kozak indi öz əmlakları ilə bağlı alqı-satqı da daxil olmaqla heç bir hüquqa malik deyil. 

Sanksiyalara məruz qalan telekanal mənsubları isə bunu KİV-ə qarşı divan tutulması kimi qiymətləndiriblər.

Zaur
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.