Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Aleksey Navalnının məhkməsi barədə danışıb.
Milli.Az yeniavaz.com-a istinadla xəbər verir ki, Zaxarova açıqlamasında Navalnının işi üzrə məhkəmədə iştirak edən bəzi xarici diplomatların rus dilində danışa bilmədiklərinə diqqət çəkib:
"Bu, onların prosesi necə izlədikləri barədə müxtəlif suallar doğurur. Televiziya müxbirlərinin qərb diplomatları ilə necə danışmağa çalışdığını əks etdirən görüntüləri izlədim, çoxları sadə bir suala belə rus dilində cavab verə bilmirlər. İclas salonunda baş verənləri necə müşahidə etdilər?"
Qeyd edək ki, rusiyalı müxalifətçi Aleksey Navalnı dünən Moskvada keçirilən məhkəmədən sonra 3,5 il azadlıqdan məhrum edilib.
Milli.Az