Dünya

Kəsilmiş başı qutuya qoyub pəncərədən atdı

2 Fevral 2021 08:28
Baxış: 1 121
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransanın Tulon şəhərinin tarixi mərkəzində 40 yaşlı kişi naməlum şəxsin başını kəsərək qutuya qoyub və pəncərədən aşağı atıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, polis xüsusi əməliyyat keçirərək şübhəlini saxlayıb.

Şahidlərin sözlərinə görə, məhz həmin şəxs qutunu pəncərədən aşağı atıb. Saxlanılan zaman şübhəlinin əlləri qan içində olub.

İlkin ehtimallara görə, o, küçədə yaşayan evsiz bir şəxsi öz mənzilinə dəvət edərək, onu vəhşicəsinə öldürüb və cəsədini parçalayıb.  

Hazırda cinayətin təfərrüatı araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.