Dünya

Gürcüstan müntəzəm aviareysləri bərpa etdi

1 Fevral 2021 10:12
Baxış: 841
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan bu gündən bütün istiqamətlər üzrə müntəzəm aviareysləri bərpa edib.

Milli.Az APA-ya istinadən bildirir ki, müvafiq qərar bir neçə gün öncə Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib.

Qərara əsasən, Gürcüstanda fəaliyyət göstərən, həmçinin ölkəyə daxil olmaq arzusunda olan bütün hava yolu şirkətləri ölkəyə uçuşlar planlaşdıra və həyata keçirə bilərlər.

Bildirilib ki, uçuşlar müvafiq tibbi protokollara və təhlükəsizlik qaydalarına uyğun həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.