Dünya

Putin-Bayden danışıqlarının təfərrüatları açıqlandı

31 Yanvar 2021 16:46
Baxış: 1 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasındakı söhbət işgüzar və praktik oldu, iki ölkənin liderləri dialoq tələb edən dərin fikir ayrılıqlarının olduğunu etiraf etdilər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu detalları Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, Putin və Bayden telefonla beynəlxalq münasibətlər və ikitərəfli gündəlikdəki məsələləri, o cümlədən - COVİD-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq imkanlarını, ABŞ-ın Açıq səma üzrə müqavilədən çıxması və CHB-3 müqaviləsinin uzadılması məsələlərini müzakirə ediblər.

"Açıqlıq ondan ibarətdir ki, tərəflər çox dərin fikir ayrılıqlarının olduğunu açıq şəkildə ifadə ediblər, lakin bununla yanaşı, razılaşıblar ki, bu fikir ayrılıqlarının olması dialoqun olmamasını nəzərdə tutmamalıdır", - deyə D.Peskov vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.