Dünya

İtaliyada bu peyvəndin 55 yaşdan yuxarı insanlara vurulmaması tövsiyə olundu

31 Yanvar 2021 09:20
Baxış: 824
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İtaliyanın "Aifa" Tibb Agentliyi Britaniya-İsveç şirkəti olan "AstraZeneca"nın koronavirusa qarşı peyvəndinin istifadəsini məqbul hesab edib.

APA "RaiNews24" telekanalına istinadən xəbər verir ki, buna baxmayaraq, "Aifa" sözügedən peyvəndin vurulmasına hələlik rəsmi icazə verməyib. 

Agentlikdən "AstraZeneca" peyvəndinin 18-55 yaş arasında olan insanlar üçün istifadəsi tövsiyə edilib.

Yerli "Corriere della Sera" nəşrinin yazdığına görə, hazırda ölkədə "Pfizer / BioNThec" və "Moderna" istehsalı olan peyvəndlərin ekvivalenti yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.