Dünya

Ermənistan müxalifətini “əsas problem” adlandırdılar - "O yoxdur, bir neçə iri oyunçu var"

28 Yanvar 2021 09:28
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hakim elita seçkinin keçirilməsinə tərəfdardırsa, müxalifət isə ondan imtina edirsə, bu nonsensdir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu "Sputnik Armeniya"ya eksklüziv müsahibəsində Ermənistanın vitse-spikeri Alen Simonyan deyib.

Bundan əlavə, erməni vitse-spiker, mövcud vəziyyətdə, əslində, olmayan müxalifətin özünü əsas problem adlandırıb.

Simonyan qeyd edib ki, istər hakimiyyətin, istərsə də müxalifətin sosial sorğularının hamısı Ermənistan əhalisinin 72% - nin hakimiyyəti dəstəklədiyini göstərir. O əlavə edib ki, hakim partiya seçkinin keçirilməsini, ilk növbədə, əhali üçün təklif edir ki, insanlar bundan sonra necə yaşamağa hazırlaşdıqlarını və nəyi düzgün hesab etdiklərini başa düşsünlər: "Müxalifət razı deyilsə, deməl,i bu seçkilərdə məğlub olacağını əvvəlcədən bilir. O zaman bu seçkilərin göstərdiyim tezizə görə nə qədər lazım olacağına iqtidar partiyası qərar verəcək".

Onun sözlərinə görə, hakim komandanın növbədənkənar seçkilər keçirmək istədiyi, müxalifətin isə bundan kənar olduğu paradoksal vəziyyət yaranıb.

Simonyan müxalifəti əsas problem adlandırıb: "Çünki o, xalqı təmsil etmir, hansısa keçmiş məmurların maraqlarını təmsil edir, deməli, o yoxdur, bir neçə iri oyunçu var".

Simonyana görə, xalqın nə iqtidarda, nə də müxalifətdə elə də çox seçimi yoxdur. Bundan əlavə, mövcud hökuməti sevməyən vətəndaşlar, hələ də "ən azı köhnələr deyil" məntiqi ilə ona üstünlük verirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.