Dünya

Rusiyada son sutkada 600-ə yaxın şəxs koronavirusun qurbanı olub

27 Yanvar 2021 16:25
Baxış: 328

Rusiyada koronavirusa yoluxanların sayı 3,75 milyonu keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 17 741 nəfər virusa yoluxub, 594 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 774 672 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 71 076 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 202 483 şəxs virusdan sağalıb, 501 113 nəfərin müalicəsi isə davam edir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.