Dünya

İsveçdə koronavirusun Britaniya və Cənubi Afrika ştammları qeydə alınıb

27 Yanvar 2021 07:55
Baxış: 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçdə koronavirusun Britaniya və Cənubi Afrika ştammları qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Stokholmda səhiyyə orqanlarının növbəti mətbuat konfransı keçirilib və tədbirdə ölkədə koronavirusun Britaniya və Cənubi Afrika variantlarına yoluxma hallarının aşkarlandığı bildirilib.

Tədbirdə çıxış edən baş dövlət epidemioloqu Anders Teqnellin sözlərinə görə, ümumilikdə, İsveçdə yeni infeksiyalar arasında bir qədər azalma müşahidə olunur. Lakin ölkədə ilk dəfə olaraq koronavirusun Britaniya ştammına 96 yoluxma halı aşkar edilib. Bundan başqa, ölkədə COVID-19-un Cənubi Afrika ştammına 3 yoluxma qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.