Dünya

"Rusiyaya sanksiyaları ləğv etmək olmaz"

23 Yanvar 2021 16:32
Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyaya qarşı sanksiyaların ləğvi üçün heç bir səbəb yoxdur və Minsk razılaşmalarının həyata keçirilməsində daha çox irəliləyişə ehtiyac var.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın Xristian Demokratik İttifaqı Partiyasının yeni sədri Armin Laşet deyib.

Onun sözlərinə görə, Ukraynanın şərqində rusların üstünlük təşkil etdiyi tərəfdən hələ də gizli və açıq təcavüz aktları mövcuddur:

"Sanksiyalar əsasən Krımın qanunsuz birləşdirilməsi və Ukraynanın şərqindəki münaqişə ilə bağlı qəbul edilib. Minsk razılaşmalarına gəldikdə, daha çox irəliləyiş görmək istərdim. Bu baxımdan sanksiyaları ləğv etmək üçün indi heç bir səbəb yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.