Baş Konsulluğumuz ingilis dilində qısa film hazırlayıb - 20 Yanvar faciəsi barədə - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş qısa film hazırlanıb.
Baş Konsulluqdan Milli.Az-a verilən məlumata görə, filmdə 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı poqromların başlandığı, ermənilərin azərbaycanlılar yaşayan kəndlərə hücum edərək yüzlərlə mülki azərbaycanlını qətlə yetirdikləri qeyd olunur. Nəticədə 250 min azərbaycanlının Ermənistandan kütləvi şəkildə didərgin salındığı bildirilir.
Bütün bunların və Ermənistanın eyni zamanda ölkəmizə qarşı ərazi iddiaları qaldırmasının Azərbaycanda kütləvi etiraz nümayişlərinə gətirib çıxardığı və bunun da tezliklə milli azadlıq hərəkatına çevrildiyi vurğulanır. Azadlıq hərəkatının vəhşicəsinə yatırılması məqsədilə o zamankı SSRİ rəhbəri M.Qorbaçovun əmri ilə 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet ordusunun Bakıya hücum etdiyi və dinc nümayişçiləri qətlə yetirdiyi diqqətə çatdırılır. Nəticədə uşaqlar və qadınlar da daxil olmaqla, 150-yə yaxın azərbaycanlı mülki şəxsin həlak olduğu və 700-dən artıq insanın yaralandığı bildirilir.
Filmdə Qorbaçov rejiminin Azərbaycan xalqının iradəsini sındıra bilmədiyi, milyondan çox azərbaycanlının küçələrə axışaraq faciə qurbanlarını yad etdiyi qeyd olunur.
Həmin zaman Ümummilli Lider Heydər Əliyevin Qara Yanvar qətliamını kəskin şəkildə qınadığı diqqətə çatdırılaraq, onun Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyində etdiyi çıxışdan bir hissə təqdim olunur.
SSRİ rəhbərliyinin göstərdiyi vəhşiliyin Azərbaycan xalqının öz müstəqilliyini əldə etməsinə mane ola bilmədiyi, 18 oktyabr 1991-ci il tarixində Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etdiyi vurğulanır. Müstəqilliyin ilk illərində Ermənistanın ölkəmizin 20% ərazisini işğal etdiyi və 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. 2020-ci ildə Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizi 44 gün içərisində azad etdiyi bildirilir.
Filmdə bu gün, Qara Yanvar faciəsindən 31 il sonra, Azərbaycanın azad, çiçəklənən və güclü bir dövlət olduğu və Qafqazı sülh və əməkdaşlıq regionuna çevirmək üçün səylər göstərdiyi diqqətə çatdırılır.
Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artmışdır. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 17 film hazırlayaraq geniş şəkildə yaymışdır. Filmlərin bəziləri dünyanın digər aparıcı dillərinə də tərcümə olunmuşdur.
Qısa filmi burada izləmək mümkündür: https://youtu.be/TWqrbr16Cbw
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
-
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
Doğma Kəlbəcərdə olmaq hər birimiz üçün böyük qürur hissidir - Hikmət Hacıyev
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi





