Dünya

Gürcüstandan 250 Azərbaycan vətəndaşı təxliyə edilir

15 Yanvar 2021 10:14
Baxış: 1 418
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşı təxliyə edilir.

Milli.Az bildirir ki, təxliyə olunanlar ötən gün Tbilisi, Marneuli və Batumidəki klinikalarda koronavirus testləri veriblər və onların hər birinin analizini cavabı neqativ olub. Təxliyy olunan vətəndaşlar hazırda Azərbaycan-Gürcüstan dövlət sərhədinin "Sınıq Körpü" gömrük keçid məntəqəsinə toplanırlar, burada onların səfirlik əməkdaşlarının müşayiəti ilə Azərbaycana keçmələri təmin edilir.

Azərbaycana təxliyə edilənlərin ölkə ərazisində karantinə alınmayacağı bildirilir.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstandan 2000 nəfərədək Azərbaycan vətəndaşının təxliyəsini həyata keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.