İranın hava yolları şirkətləri iflasa uğraya bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırkı vəziyyət davam etdiyi və İranın hava yolları şirkətlərinə dəstək göstərilmədiyi halda, bu şirkətlər iflasa uğraya bilərlər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Hava Nəqliyyatı ilə Səfərlər və Turizm Xidmətləri Assosiasiyasının direktoru (Iranian Air Travel and Tourism Offices Association) Yunis Dəqiq Kia mətbuat konfransında deyib. Onun sözlərinə görə, cari İran ilinin 6 ayı (20 mart -21 sentyabr 2020) ərzində İranda hava yolları şirkətləri 20 trilyon rial (təxminən 476 milyon dollar) dəyərində maliyyə itkisi ilə üzləşiblər.
Dəqiq Kia əlavə edib ki, bu vəsaitin hökumət tərəfindən əvəzsiz yardım olaraq ödənməsi üçün müraciət olunub.
Assosiasiya rəsmisi deyib ki, ötən ildə (21 mart 2019-dan -20 mart 2020-dək) İran hava yolları şirkətləri vasitəsi ilə 170 mindən çox yerli uçuş, təxminən 34,3 min xarici uçuş həyata keçirilib.
Dəqiq Kia bildirib ki, bu uçuşlarla ölkə daxilində 18,5 milyon sərnişin, ölkə xarici və əks istiqamətdə 5,18 milyon sərnişin daşınıb.
"Halbuki, cari ilin 6 ayı ərzində uçuşların sayı 35%, ölkə daxilində daşınan sərnişinlərin sayı 47%, ölkə xarici və əks istiqamətdə daşınan sərnişinlərin sayı 96% azalıb" - deyə o qeyd edib.
Dəqiq Kia deyib ki, bundan əlavə, hava yolları şirkətlərinin xərclərində xarici valyutanın 62% rolu var və xarici valyutanın qiymətinin bahalaşması hava yolları şirkətlərinin problemlərini bir neçə dəfə artırıb.
Bildirilib ki, hava yolları nəqliyyatı ilə əlaqədar avadanlıqların satın alınması, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar, koronavirus pandemiyasının yayılması İranın hava yolları şirkətlərinin xərclərini bir neçə dəfə artırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
XƏBƏR LENTİ
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)





