Avstriyada koronavirusa qarşı testlərdə iştirak edənlər bir sıra imtiyazlar əldə edəcəklər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avstriya hökuməti ölkədə müxalifət düşərgəsinin əsas qüvvəsi Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) ilə koronavirus testlərində iştirak edənlərlə bağlı razılaşma əldə edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, razılaşmaya əsasən, ölkədə sərt karantin rejimi başa çatdıqdan sonra (hazırda 24 yanvar nəzərdə tutulur) koronavirusa qarşı testlərdə iştirak edən şəxslərə bəzi imtiyazların verilməsi nəzərdə tutulur. Belə ki, əlində mənfi test cavabı olan şəxslərin kütləvi tədbirlərdə iştirakı, tətil üçün müəyyən regionlara səfər etməsi və otellərdə sərbəst qalması mümkün ola bilər. Müştərilərin həqiqətən də mənfi test arayışına sahib olmalarını və müəyyən tədbirlərdə iştirakı zamanı yoxlanışını isə müvafiq təşkilatçılar özləri həyata keçirməlidirlər. Razılaşmada, həmçinin bir sıra peşə qrupları üçün həftəlik testlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Hökumət nümayəndələri bildirib ki, bu razılaşma iki mühüm məqsədə xidmət edir. Bir tərəfdən ölkədə əhalini koronavirusa qarşı kütləvi testlərdə iştiraka təşviq edəcəklər və bu yolla yoluxma ocaqlarını daha tez aşkar edə biləcəklər. Digər tərəfdən isə ölkə iqtisadiyyatının bir sıra sektorları bu testlərin köməyi ilə öz axarına geri dönə bilər, kütləvi tədbir məkanları, otellər, turizm mərkəzləri, sərnişindaşıma xidmətlərinin fəaliyyəti sürətlə bərpa olunacaq.
Qeyd edək ki, koronavirusa qarşı kütləvi testlərin təşviqi sayəsində ölkədə ticarət və ictimai-iaşə obyektlərinin fəaliyyəti yenidən bərpa edilməli idi. Lakin müxalifət partiyaları müxtəlif səbəblərdən bu təklifin parlamentdən keçməsinin qarşısını aldılar. Hazırda SPÖ-nün razı olduğu həll variantı isə ticarət və qastronomiya obyektlərinin fəaliyyətini yenidən istisna edir.
Avstriya hökuməti və federal əyalət qubernatorları kütləvi testlər üçün müvafiq infrastrukturun mövcudluğunu və əhalinin bu imkandan fəal istifadə etməli olduğunu bildirirlər. Kütləvi testlərin əleyhdarları isə bu yolla ölkə əhalisi arasında ayrı-seçkilik yaradıldığını iddia edirlər və bildirilir ki, bir vaxtlar ABŞ-da ictimai nəqliyyat və məkanlarda ağlar və qaralar üçün ayrı yerlərin nəzərdə tutulduğu kimi, tezliklə Avstriyada da ictimai həyatda testdən keçən və keçməyənlər üçün fərqli yanaşmalar meydana gələ bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İran var gücü ilə özünü müdafiə edəcək
-
Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi
-
Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq
-
Macarıstan 10 rus diplomatını ölkədən çıxarır
-
Merih Demiralın ailəsi dağılır? - Arvadının müzakirə yaradan qərarı...
-
Bloqerlərimizin toyuna getdiyi bəy saxlanıldı (Foto)
XƏBƏR LENTİ
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
"Şəki Yaylası" istirahət mərkəzində ölənlərin adları bilindi - Yenilənib - (Video)
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək
-
Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
-
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
-
“Qızıl top”u özümə verərdim” - Mbappe
-
Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq





