Dünya

Qadın nazir plagiat ittihamına görə istefa verdi

10 Yanvar 2021 16:37
Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyanın federal əmək, ailə və gənclər naziri Kristine Aşbaxer istefa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna nazirə qarşı yönəlmiş plagiat ittihamları olub.

İttihamlara görə, K.Aşbaxer magistr və doktor elmi işlərində plagiata yol verib, bütöv hissə və fəsilləri digər müəlliflərin əsərlərindən köçürüb.

Lakin o bildirib ki, nazir olarkən Slovakiya Texniki Universitetində təqdim etdiyi dissertasiya işində plagiata yol verilməsi barədə məlumat həqiqəti əks etdirmir və bu məsələ bir sıra qüvvələr tərəfindən qəsdən şişirdilir. Nazir yekunda qeyd edib ki, şərəf və ləyaqətini qorumaq üçün tutduğu vəzifədən istefa vermək qərarına gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.