Dünya

DƏHŞƏTLİ QƏTL: Gənc oğlanın boğazını kəsib həyətinə atdılar

8 Yanvar 2021 21:20
Baxış: 2 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Senaki Bələdiyyəsinin Kotianeti kəndində gənc ölü halda tapılıb.

Milli.Az xəbər verir ki, 32 yaşlı Avto Qriqolian öz həyətində boğazından kəsili halda atası tərəfindən aşkar edilib.

Versiyalardan birinə görə, oğlan qətlə yetirilib. Qonşular onun boğazından yara aldığını, ehtimal ki, bıçaqlandığını söyləyiblər. İkinci versiyaya görə, Avto Qriqolia özünə zərər verib və həyatını intiharla başa vurub.

Mərhumun qonşuları hələ hadisənin səbəbi və konkret olaraq gəncin ölümcül xəsarət almasına səbəb olanlar barədə danışmayıblar.

Hazırda hüquq-mühafizə orqanları və kriminal-ekspertlər hadisə yerindədir.

Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, faktla bağlı istintaq Cinayət Məcəlləsinin qəsdən adam öldürməyi nəzərdə tutan 108-ci maddəsi ilə başladılıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.