Ölkə

Azərbaycanlılar bu qalaya görə “canlı zəncir” yaratdı

28 Oktyabr 2025 15:33
Baxış: 556
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qərbi Azərbaycanın Makı şəhərində yüzlərlə insanın iştirakı ilə mədəni tədbir keçirilib.

Milli.Az xəbər verir ki, tədbir şəhərin tarixi abidəsi olan Qaya (Qaban) qalasının qorunmasına diqqət məqsədi ilə təşkil olunub.

Tarixi abidənin ətrafında insan zənciri yaradan tədbir iştirakçıları bu vasitə ilə qalanın acınacaqlı vəziyyətinə diqqət cəlb etməyə çalışdıqlarını deyiblər, Mədəni İrs Təşkilatını Qaya qalasının bərpası və qorumasına çağırıblar.

Qeyd edək ki, Urartu dövrünə aid olan tarixi qaladan Teymurilər, Səlcuqlular, Ağqoyunlular, Səfəvilər və Qacarlar dövründə hərbi-strateji obyekt kimi istifadə olunub.

Qaya (Qaban) qalası İran Mədəni İrs siyahısında qeydiyyata alınsa da, onun bərpası və qorunması üçün iş görülməyib.(Kult.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.