Dünya

Fransada komendant saatının vaxtı uzadıldı

8 Yanvar 2021 13:49
Baxış: 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus (COVID-19) epidemiyasına qarşı mübarizə çərçivəsində Fransada tətbiq olunan komendant saatı uzadılıb. "Qafqazinfo" xəbər verir ki, yanvarın 6-da bitəcək olan məhdudiyyətlər 20-dək davam edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Jan Kasteks məlumat verib. O, keçirdiyi mətbuat konfransında vəziyyətin son həftələrdə daha da pisləşdiyini açıqlayıb.  Kasteks ölkənin 10 yeni bölgəsində küçəyə çıxma qadağasının saat 20:00 əvəzinə 18:00-da başlayacağını bildirib.

Baş nazir lazım olduğu təqdirdə karantin tətbiqinin üçüncü dəfə elan edilə biləcəyini qeyd edib. Kasteks məktəblərin bağlanmasını son seçim kimi qəbul etdiklərini söyləyib.

Epidemiyanın yaya qədər bitəcəyinə ümid etdiyini söyləyən nazir peyvəndləmənin Fransada digər Avropa ölkələrinə nisbətən daha yavaş başladığını, ancaq sürətləndiyini qeyd edib.

Baş nazir muzeylərin, kinoteatr və teatr salonlarının "COVID-19" səbəbilə ayın sonuna qədər bağlı qalmağa davam edəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.