Dünya

Britaniyada vaksin vuran aparatlar istehsal ediləcək

7 Yanvar 2021 19:42
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada vaksin vuran aparatlar istehsal olunacaq.

Milli.Az unikal.org-a istinadən bildirir ki, hazırda Uelsdəki Svansi Universiteti bu cihazların hazırlanması üzərində çalışır. Nanosxemlər və mikrosxemlər hesabına bu aparatlar insanların bir sıra göstəricilərini də yaddaşda saxlayacaq və istifadə edəcək.

Vurulacaq vaksinin dozasının müəyyənləşdirilməsi, bədəndəki virus vahidlərinin miqdarı, dərinin iynəyə dermotoloji həssaslıq dərəcəsi cihaz tərəfindən ölçüləcək. Həssas dərilər üçün daha kiçik ölçülü iynələrdən istifadə edilməsi elektron qaydada süni intellekt tərəfindən tənzimlənəcək. Hazırda istehsal üçün tibbi və iqtisadi əsaslandırma prosesi davam edir. Yaxın vaxtlarda cihazın istehsal edilməsi üçün elmi araşdırmalar yekun mərhələyə daxil olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.