Dünya

Etirazçıların polislə davası - ABŞ-dan daha bir VİDEO

7 Yanvar 2021 15:36
Baxış: 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnternetdə ABŞ-da baş verənlərlə bağlı daha bir video paylaşılıb.

Videoda Donald Trampın tərəfdarlarının Konqresin ölkədəki prezident seçkilərinin nəticələrini təsdiqlədiyi gündə Vaşinqtonda Kapitoliyə necə hücum etdiyinə dair kadrlar əks olunub

Milli.Az xəbər verir ki, görüntülər Telegram-da yayımlanıb.

Videoda görünür ki, bir dəstə etirazçı "ABŞ!" şüarları səsləndirir, baryerləri aşırdır və mühafizəçilərlə döyüşür. Mühafizəçilərdən biri yıxılır, digərləri isə etirazçılarla əlbəyaxa döyüşə çıxır. Nəticədə bir çox insan Kapitoli ərazisinə daxil ola bilir və binaya tərəf qaçır.

Xəbər verdiyimiz kimi, bir gün əvvəl, minlərlə Tramp tərəfdarı Vaşinqtonda demokrat Co Baydenin qalib gəldiyi prezident seçkilərinin nəticələrinə qarşı etiraz nümayişləri keçirib. Etirazçıların bəziləri Kapitoliyə girib. Nəticədə Konqresi qoruyan polis odlu silahdan istifadə edərək qadına xəsarət yetirib. Daha sonra qadın xəstəxanada ölüb. Sonra isə məlum olub ki, daha üç nəfər - iki kişi və bir qadın etirazlar zamanı ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.