Dünya

Türkiyəli musiqiçini öldürüb meyitini zibilliyə atdılar

7 Yanvar 2021 08:58
Baxış: 1 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Bingöl vilayətində toy musiqiçisi Denizli Ayaz 4 gün əvvəl yoxa çıxıb.

"Haber Global" məlumat verir ki, 35 yaşlı beş uşaq atası D.Ayazdan xəbər ala bilməyən ailəsi vəziyyəti polisə bildirdikdən sonra araşdırma başlayıb.

Sarıçiçək kəndinin ərazisində kəndlilər zibil paketlərindən pis qoxu gəldiyindən onları açıb və içərisində cəsəd olduğunu görüblər.

Polis həmin cəsədin D.Ayaza aid olduğunu müəyyən edib.

Məlum olub ki, onu dörd dəfə atəş açaraq qətlə yetiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.