Dünya

Niderland peyvənd tətbiqində səhvə yol verildiyini açıqladı

6 Yanvar 2021 13:34
Baxış: 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderlandın Baş naziri Mark Rutte peyvəndlərin tətbiqində səhvə yol verdiklərini etiraf edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, hökumətin vaksin strategiyasında yanlış şirkətlə plan qurduqlarını bildirib: "Noyabrın sonunda başqa bir peyvəndin daha tez hazır olacağını düşündük və güvəndik. "Pfizer" vaksininin daha tez hazır olduğu ortaya çıxdı, Niderland buna hazır deyildi".

Rutte peyvəndlərinin tətbiqinə digər ölkələrdən iki həftə sonra başlayacaqları üçün kədərləndiyini söyləyib.

Baş nazir qeyd edib ki, peyvənd ilk olaraq bəzi şəhərlərdə xəstəxana əməkdaşlarına tətbiq ediləcək. Bu proses yanvarın 6-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.