Dünya

Qazaxıstanda əhaliyə peyvəndin vurulmasına 2021-ci ilin fevralında başlanılacaq

5 Yanvar 2021 19:56
Baxış: 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanda COVID-19 infeksiyasına yoluxanların sayı ümumilikdə 158 min 302 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, 2020-ci il martın 13-dən bu günə qədər ölkədə koronavirus infeksiyasından 2 min 339 nəfər həyatını itirib, koronavirusdan sağalanların sayı 145 mindən çoxdur. Hazırda 22 min 949 nəfər koronavirus infeksiyasından müalicə alır.

Qeyd edək ki, Qazaxıstan dekabrın 21-də Rusiyanın "Sputnik V" peyvəndinin istehsalına başlayıb və əhaliyə peyvəndin kütləvi şəkildə vurulmasına 2021-ci ilin fevralında başlanacağı nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.