Dünya

ABŞ-da 21-ci əsrdə ilk - Qadın edam ediləcək - FOTO

4 Yanvar 2021 21:25
Baxış: 2 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Federal Apelyasiya Məhkəməsi aşağı instansiya hakimin qadının edam hökmünün federal icrasını təxirə salınması ilə bağlı qəbul etdiyi qərarı ləğv edib.

Milli.Az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb. Bildirilib ki, məhkum edilmiş Liza Montqomeri 2004-cü ildə hamilə qadını xüsusilə amansızlıqla qətlə yetirib. Edam hökmü 8 dekabrda, İndiana ştatında ölümcül inyeksiya ilə həyata keçirilməli idi.

Mühakimin vəkillərinin koronavirus infeksiyasına tutulması və onların cəzanın yüngülləşdirilməsi üçün vəsatət hazırlamaq üçün əlavə vaxt istəmələri hökmün həyata keçirilməsini gecikdirdi.

Nəticədə hakim edamı 12 yanvar tarixinə qədər təxirə salıb. Lakin indi bu qərar ləğv edildiyi üçün edamın icrası daha əvvəl reallaşdırıla bilər.

Qeyd edək ki, ABŞ-da sonuncu dəfə qadın 1951-ci ildə edam edilib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.