Dünya

Livanda Yeni il gecəsi baş vermiş atışmaya görə 30-dan çox adam saxlanılıb

4 Yanvar 2021 11:29
Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livanda Yeni il ərəfəsində havaya atəş açdıqlarına və nəticədə insanların yaralanmasına, eləcə də üç təyyarəyə ziyan dəyməsinə görə 30-dan çox adam saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Yeni il şənlikləri gecəsi bir qrup vətəndaş qanunu və daxili təhlükəsizlik xidmətinin xəbərdarlıqlarını tamamilə nəzərə almadan havaya atəş açıb. Bununla əlaqədar ölkənin müxtəlif bölgələrində 34 nəfər tutulub", - DİN məlumatında belə deyilir.

Bundan əvvəl Livan mediası suriyalı bir qaçqının Bekaa bölgəsində havaya atılmış güllə nəticəsində öldüyünü, ölkənin müxtəlif bölgələrində, biri uşaq olmaqla, daha üç nəfərin də yaralandığını bildirmişdi. Beyrutda Livan aviaşirkətinin verdiyi məlumata görə, üç təyyarə havaya atəş açılması zamanı ziyan görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.