Dünya

Moskvada yanğın: 2 nəfər öldü

2 Yanvar 2021 11:10
Baxış: 1 138
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvada çoxmərtəbəli yaşayış binasındakı mənzillərin birində baş vermiş yanğın nəticəsində iki nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Moskva Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

"Profsoyuznaya küçəsindəki 17 mərtəbəli 126 saylı yaşayış binasında baş verən yanğınla bağlı xəbər saat 16:48-də daxil olub. Dördüncü mərtəbədəki mənzillərdən birində mətbəxdə 10 kvadratmetr ərazidə şəxsi əşyalar və mebel yanıb. 17:30-da yanğın söndürülüb. Təəssüf ki, yanğın nəticəsində iki nəfər ölüb", - məlumatda belə deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.