Dünya

Böyük Britaniyada karantin qaydalarının tətbiqinə baxmayaraq virus sürətlə yayılır

30 Dekabr 2020 20:50
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada koronavirusa yoluxmadakı artım narahatlıq doğurur.

Belə ki, sərtləşdirilmiş karantin qaydalarına baxmayaraq virus ölkədə sürətlə yayılır. Çərşənbə axşamı virusdan 414 nəfər həyatını itirib, ölənlərin sayı 71 mini ötüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Krallıqda ümumi yoluxma sayı isə 2 milyon 329 min 730 nəfərdir.

Yoluxmanın ən çox olduğu ölkələr sırasında 6-cı yerdə olan Krallığın baş tibbi məsləhətçisi Suzan Hopkins, ölkə daxilində infeksiyanın səviyyəsinin surətlə artımının qorxu doğurduğunu söyləyib.

Qeyd edək ki, Birləşmiş Krallıqda Pfizer-Biontech tərəfindən hazırlanan peyvənd bu günə qədər yarım milyon insana tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.