Dünya

İranda Ukrayna təyyarəsinin vurulmasına dair araşdırma başa çatdı

30 Dekabr 2020 17:33
Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehranda Ukrayna təyyarəsinin vurulmasına dair araşdırma başa çatıb və bununla bağlı hesabat yayımlanacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bu gün İranın yol və şəhərsalma naziri Məhəmməd İslami bildirib.

Onun sözlərinə görə, bu hesabat tezliklə İranın Aviasiya Təşkilatının informasiya sistemində yerləşdiriləcək və hamı üçün əlçatan olacaq.

M. İslami qeyd edib ki, təyyarə qəzasına dair görüşlər peşəkarlıqla aparılıb: "Ukrayna şirkətinin və ABŞ-ın "Boinq" şirkətinin nümayəndələrinin hadisənin araşdırmasında rolu olub və qəza ilə bağlı son hesabat hazırlanıb. Hesabat ingilis dilində hazırlanıb və bütün tərəflərə verilib".

Qeyd edək ki, Ukraynaya məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması ilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.