Dünya

İsraildə üçüncü total karantin rejimi başlayıb

28 Dekabr 2020 11:40
Baxış: 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 19:00) İsraildə pandemiya dövrünün üçüncü total karantin rejimi başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 9-dək israillilərə zərurət olmadıqda evlərindən bir kilometrdən çox uzaqlaşmaq, bir-birinə qonaq getmək qadağan olunub. Karantin müddətində zəruri tələbat malları satan mağazalar istisna olmaqla, bütün ticarət obyektləri bağlanacaq, restoranlara yalnız çatdırılma xidmətləri göstərməyə icazə veriləcək.

Həmçinin ölkədə bütün əyləncəli tədbirlər qadağan edilib, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti tətbiq olunan bu və digər məhdudiyyətlərin siyahısını dərc edib.

Qeyd edək ki, dekabrın 20-də İsraildə koronavirus qarşı milli vaksinasiya kampaniyasına start verilib. Baş nazir Binyamin Netanyahunun sözlərinə görə, dekabrın 27-dək 270 min israilli Amerikanın "Pfizer" kompaniyasının peyvəndinin birinci dozasını alıb. Ölkədə yeni koronavirusa qarşı ilk olaraq dekabrın 19-da Baş nazirin özü peyvənd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.