Dünya

Oksford Universitetinin hazırladığı COVID-19 peyvəndi yanvarın 4-dən tətbiq ediləcək

27 Dekabr 2020 21:02
Baxış: 1 073
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Oksford Universiteti və əczaçılıq şirkəti "AstraZeneca"nın hazırladığı COVID-19 peyvəndi 2021-ci il yanvarın 4-dən tətbiq ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Britaniya hökuməti peyvəndin yaxın iki həftə ərzində insanlara vurulacağını açıqlayıb. Peyvəndlənmə prosesi könüllülük prinsipi əsasında həyata keçiriləcək.

Qeyd edək ki, sentyabr ayında Oksford Universiteti və "AstraZeneca" əczaçılıq şirkəti tərəfindən birgə hazırlanan peyvəndin sınaqlarının son mərhələsində mənfi reaksiya verdiyi üçün dayandırılmışdı, lakin sonradan aparılan araşdırmalar zamanı problem aradan qaldırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory