Dünya

Gürcüstanda ilk dəfə siyasi partiya sədri onlayn səsvermə yolu ilə seçilib

26 Dekabr 2020 20:42
Baxış: 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda ilk dəfə siyasi partiya sədri onlayn səsvermə yolu ilə seçilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 21-də start verilən səsvermə prosesi dekabrın 25-i saat 21:00-da başa çatıb. Nika Meliya onlayn səsvermə yolu ilə Gürcüstanın əsas ana müxalifət partiyası olan "Vahid Milli Hərəkat" (VMH) partiyasının sədri seçilib.

Dörd gün davam edən onlayn səsvermədə partiya üzvləri ilə yanaşı, siyasi tərəfdarlar da iştirak ediblər.

Qeyd edək ki, "Vahid Milli Hərəkat" partiyası 2001-ci ildə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili tərəfindən təsis olunub. M.Saakaşvilidən sonra VMHP-yə rəhbərlik edən Qriqol Vaşadze bu il dekabrın 15-də siyasi qurumun sədri vəzifəsindən istefa verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.