Dünya

Paşinyanın istefası tələbi ilə keçirilən aksiyada 70-a yaxın şəxs saxlanılıb, xəsarət alanlar var

24 Dekabr 2020 15:32
Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqdə iştirak edən 69 nəfəri saxlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "news.am" Ermənistan polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Səhər saatlarından etibarən aksiya iştirakçıları polisin qanuni tələbinə məhəl qoymayaraq, paytaxt İrəvan şəhərinin mərkəzində yerləşən hökumət evinin girişini bağlayıblar. Belə olan halda isə polis əməkdaşları aksiya iştirakçılarına zor tətbiq edib, xəsarət alanların olduğu bildirilir.

Qeyd edək ki, aksiyanın təşkilatçısı Ermənistanın "Vətənin Xilası Naminə Hərəkatı"dır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.