Dünya

Məşhur alim proqnoz verdi: "Bizi çətin həftələr gözləyir"

25 Dekabr 2020 07:55
Baxış: 1 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada yoluxucu xəstəliklər sahəsində araşdırmalar aparan Robert Koç İnstitutunun rəhbəri Lotar Viler yeni növ koronavirus ştammının yaranması səbəbilə önümüzdəki həftələrin çətin olacağı barədə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, alim ölüm və yoluxmaların sayını azaltmaq üçün təmasları minimuma endirməyə çağırıb.

"Həqiqətən bizi çətin həftələr gözləyir. Vəziyyət daha da pisləşir, ölüm halları artmaqdadır. Xəstəxanalar, həkimlər və digər səhiyyə işçiləri durmadan çalışır. COVID-19 xəstələri daha çox xəstəxanalarda müalicə olunduğu üçün normal şöbələrdə boş çarpayı sayı da azalıb.

Sərtləşdirilmiş tədbirlər bir həftədir davam edir. Yeni yoluxmaların, ciddi xəstəliklərin və ölüm hallarının azalması çox güman ki, həftələr çəkəcək. Odur ki, Yeni ildə səyahət etməməyə və evdə qalmağa çalışın", - o, yekunda bildirib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.