Dünya

Ötən il 1,67 milyon insan bu səbəbdən ölüb

25 Dekabr 2020 07:28
Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda hava çirkliliyi ötən il 1,67 milyon insanın ölümünə səbəb olub.

Milli.Az xəbər verir ki, ölkənin Tibbi Araşdırmalar Şurası, İctimai Səhiyyə Fondu və Boston Kolleci Səhiyyə və Kirliliyə Qarşı Qlobal Müşahidə Şurasının birgə araşdırmasının nəticələri bu istiqamətdədir.

Yekun sənədə əsasən, atmosferin çirkliliyi 36,8 milyard dollar maddi ziyan vurub.

Hindistanda ötən il qeydə alınan ölümlərin 17,8%-i məhz bu faktdan doğub. Maddi ziyan isə ölkənin ümumi daxili məhsulunun 1,36%-nə bərabərdir.

Çirkliliyə yol açan zərərli hissəciklərin səbəb olduğu xəstəlik və ölümlərin ölkənin səhiyyə sisteminə vurduğu ziyan isə 12 milyard dollardır.

Bu fakt ölkə iqtisadiyyatının 2024-cü ildə 5 trilyon dollara çatmasına əngəl olacaq.

Mütəxəssislər bildirir ki, havanın çirkliliyi uşaqların IQ səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Qeyd edək ki, dünyanın ən çirkli havasına sahib 30 şəhərdən 21-i Hindistanda yerləşir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.