Dünya

ABŞ-dan Belarusa növbəti sanksiya

24 Dekabr 2020 13:47
Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Maliyyə Nazirliyi 9 avqustda Belarusda keçirilən prezident seçkiləri və seçkidən sonrakı hadisələrin zorakılıqla yatırılmasında rol oynadıqlarına görə bəzi yüksək vəzifəli şəxslərə qarşı məhdudiyyət tətbiq edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sanksiyalar Belarus daxili işlər nazirinin müavini və Cinayət Polisi Departamentinin direktoru Henadz Arkadziyeviç Kazakeviç, üç polis əməkdaşı və Mərkəzi Seçki Komissiyasına şamil edilib.

Bəyanatda Kazakeviçdən əlavə, Minsk Xüsusi Polis Bölməsi, Minsk Şəhər İdarəetmə Komitəsinin Daxili İşlər Baş İdarəsi, Minsk etirazlarına şiddətli müdaxilə edən və dövlət təhlükəsizliyində əhəmiyyətli bir xüsusi qüvvə olan "KGB Alfa" bölməsinin də sanksiya siyahısına salındığı bildirilib.

Maliyyə Nazirliyi əvvəllər sanksiya siyahısına daxil edilmiş Belarus MSK da daxil olmaqla, Prezident Aleksandr Lukaşenko və vitse-prezidentlərini  siyahıya daxil etdiyini açıqlayıb.

Nazirlik sanksiyalara əsasən, bu qurumların və şəxslərin mal varlıqlarının dondurulduğunu və ABŞ vətəndaşlarının sözügedən qurum, şəxslərlə hər hansı bir iş görməsinin qadağan olunduğunu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.