Dünya

Maradonanın ölüm səbəbi bəlli oldu

24 Dekabr 2020 09:51
Baxış: 2 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

25 noyabrda vəfat edən keçmiş argentinalı futbolçu Dieqo Maradonanın bədənində toksikoloji araşdırma zamanı məlum olub ki, spirt və narkotik maddə olmayıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, məhkəmə ekspertləri idmançının qanında yalnız psixotrop, antidepresant dərmanlar tapıblar. Bunlardan bəzilərinin yan təsiri aritmiyalardır.

Müstəntiqlər keçmiş futbolçunun ölüm səbəbinin xroniki ürək çatışmazlığının kəskinləşməsi nəticəsində yaranan kəskin ağciyər ödemi olduğundan müayinədə ürək xəstəlikləri ilə mübarizə üçün maddə izləri tapılmadığını qeyd ediblər. Yarılma zamanı Maradonanın ürəyinin normadan iki dəfə çox- 503 qram olduğu müəyyənləşdirilib.

İstintaqdakı növbəti addım bu dərmanların Maradonanın əziyyət çəkdiyi xəstəliklərlə əlaqəli olub-olmadığını analiz etmək olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.