Dünya

Fransada silahlı hücum - 3 polis öldü, 1-i yaralandı

23 Dekabr 2020 10:37
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada 48 yaşlı bir şəxsin silahlı hücumu nəticəsində 3 jandarma polisi öldürülüb, 1 nəfər polis isə yaralanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Amber kommunasında baş verib.

Jandarma əməkdaşları ailədaxili şiddət xəbəri ilə ötən gecə cinayətkarın evinə gedib. Hadisə şahidlərinin sözlərinə görə, 48 yaşlı kişi həyat yoldaşını dama salaraq evi yandırmağa çalışıb. Daha sonra isə o, qadına damdan enməyə kömək etməyə çalışan jandarma əməkdaşlarına atəş açıb.

Hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.