Dünya

MÜƏMMALI QƏTL: COVID-19 peyvəndi hazırlayan alimin yarıçılpaq cəsədi...

23 Dekabr 2020 03:02
Baxış: 2 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur alim Aleksandr Kaqanski dekabrın 20-də Sankt-Peterburqdakı 14 mərtəbəli binanın pəncərəsindən yıxılaraq ölüb.

Milli.Az xəbər verir ki, yarıçılpaq şəkildə tapılan cəsəddə zorakılıq əlamətləri aşkarlanıb.

Məlumata görə, o, son aylarda koronavirusa qarşı peyvənd üzərində işləyirdi.

Qeyd edilir ki, Kaqanski İngiltərədən Rusiyaya gəlib və burada Edinburq Universitetində Sintetik Epigenetik Laboratoriyasının müdiri olaraq çalışıb.

Alim Sankt-Peterburqa isə valideynlərinin məzarını ziyarət etmək üçün gəlibmiş.

Qaldığı mənzildə bir zamanlar aralarında münaqişə olan sinif yoldaşı ilə görüşüb. Ehtimal edilir ki, ölümə səbəb köhnə ədavət olub.

Faktla bağlı araşdırma davam edir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.