Rusiyanın koronavirusa qarşı istehsal etdiyi "Sputnik V" peyvəndi Belarus hökumətindən rəsmi təsdiq alıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da, Belarus Rusiya peyvəndini təsdiqləyən ilk ölkə olub. Bu barədə KİV-ə açıqlamasında Belarus səhiyyə naziri Dmitriy Pineviç bildirib.
""Sputnik V" vaksininin klinik sınaqlarında iştirak edən ilk ölkə biz olduq. Bu gün əlimizdəki məlumatlara görə, rəsmi olaraq peyvəndin təhlükəsiz və təsirli olduğunu söyləyə bilərik və bunun ciddi, gözlənilməz mənfi təsirləri yoxdur", - nazir bildirib.
Milli.Az