Dünya

Tramp federal hökumətin maliyyələşdirilməsi müddətinin uzadılması ilə bağlı qərarı imzaladı

22 Dekabr 2020 14:25
Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsi müddətinin uzadılması ilə bağlı qərarı imzalayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Jude Deere "Twitter"də bildirib.
 
O qeyd edib ki, prezidentin qərarı ilə federal qurumlara maliyyə ödənişləri dekabrın 28-dək uzadılıb.
 
Qeyd edək ki, ABŞ-da dövlət qurumlarının fəaliyyətinin maliyyələşdirilməsinə dair əvvəlki qərarın müddəti 22 dekabrda başa çatıb. Əgər yeni qərar qəbul edilməsəydi, ölkə hökumətin işinin bir daha dayandırması riski ilə üzləşəcəkdi. Sonuncu dəfə belə hadisə 2018-ci ilin dekabrın 22-də baş verib, nəticədə dövlət qulluqçuları 35 gün müddətinə məcburi məzuniyyətə gediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.