Dünya

"Rusiya peyvəndi yeni virusa qarşı da təsirlidir"

22 Dekabr 2020 14:14
Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya "Sputnik V" peyvəndinin mutasiyaya uğramış "COVID-19"un yeni növünə qarşı təsirli olacağını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Birbaşa İnvestisiya Fondu (RDIF) prezidenti Kirill Dmitriyev bildirib.

O qeyd edib ki, "Sputnik V" İngiltərədə ortaya çıxan virus daxil olmaqla bütün koronavirus mutasiyalarına qarşı təsirli olacaq.

"Bu, Qamaleya Araşdırma Mərkəzi ilə qiymətləndirmələrimizə əsaslanır. "Sputnik V"nin əvvəlki modifikasiyalarla, S-proteinlə çox yaxşı və keyfiyyətli bir şəkildə mübarizə apardığını gördük. Bu səbəbdən ilkin təhlillər "Sputnik V"nin də bu mutasiyaya və digər mutasiyalara qarşı təsirli olacağını təsdiqləyir", - Dmitriyev vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.