Dünya

Aİ Pfizer/BioNTech vaksininin bir dozasını 15,5 avroya almağa razılaşıb

23 Dekabr 2020 05:31
Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı Pfizer və BioNTech kompaniyalarının koronavirus əleyhinə hazırladıqları vaksininin bir dozasına 15,5 avro ödəməyə razılaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Aİ-nin daxili istifadə üçün yayımlanan sənəddə deyilir.

Üç yüz milyon vaksin dozası üçün razılaşdırılmış qiymət məxfi saxlanılır. Lakin onun ABŞ-ın 100 milyon dozadan ibarət ilk peyvənd partiyası üçün ödədiyi qiymətdən (dozası 19,5 dollar) bir qədər ucuz olduğu məlumdur.

Belçikanın büdcə məsələləri üzrə dövlət katibi Yeva De Bliker özünün "Twitter" səhifəsində təsadüfən koronavirus əleyhinə vaksinin qiyməti barədə məxfi informasiyanı dərc edib. Həmin məlumata əsasən, "Pfizer" və "BioNTech" kompaniyalarının hazırladıqları vaksinin dozasının alış qiyməti 12 avro (14,6 dollar) təşkil etməlidir. Odur ki, bir çoxları bunu Aİ ilə razılaşdırılmış son qiymət hesab ediblər.

Dekabrın 21-də Avropanın Dərman Preparatları Agentliyinin vaksin barədə yekun qərar verəcəyi, dekabrın 27-də isə üzv ölkələrdə eyni vaxtda kütləvi vaksinasiyanın başlanacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.