Dünya

ABŞ-ın İraqdakı səfirliyinə 8 raket atıldı - VİDEO

21 Dekabr 2020 12:40
Baxış: 1 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın İraqdakı Səfirliyinə raket hücumu edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, atılan raketlərin bir hissəsi əraziyə yaxın olan yaşayış məntəqələrinə düşüb.

İraq hökuməti ABŞ səfirliyinə edilən hücumda 8 raketdən istifadə olunduğunu qeyd edib. Hadisə zamanı səfirlikdə xidmət edən bir əsgər yaralanıb.

ABŞ-ın Bağdaddakı səfirliyinin məlumatına görə, raketlər səfirlikdəki hava hücumu müdafiə sistemi tərəfindən məhv edilib.

İraq şiələrinin lideri Mukteda Sadri isə ölkədə fövqəladə vəziyyətin elan olunması barədə təklif irəli sürüb. Nazirlər Kabinetinin hərbi sözçüsü Yahya Rəssul isə xarici nümayəndələrə edilən hücumun bir xəbərdarlıq olduğunu vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.