Dünya

Dama-dama çantada həbsxanadan qaçan şəxs 21 il sonra ələ keçdi - FOTO

20 Dekabr 2020 21:20
Baxış: 1 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

21 il əvvəl Rusiyada həbsxanadan qaçan şəxs Gürcüstanda saxlanılıb.

Milli.Az-ın oxu.az-a istinadən məlumatına görə, Nikolay Pavlyuk ötən əsrin 90-cı illərində Rostov şəhərində quldurluqla məşğul olub.

Qarətlə əlaqədar 21 yaşlı gənc səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Lakin müddətin yarısı bitməmiş gənc məhbus darıxıb və nəzarətçiyə pul verərək iki tanışı ilə birlikdə oradan qaçıb: Dama-dama çantanın içində qıvrılıb qalan məhbusları nəzarətçinin yoxlanışından keçirmədən həbsxanadan çıxarmaq mümkün olub.

Sonradan Pavlyuk saxta sənədlərlə Qazaxıstanda, Almaniyada görünüb. Bu müddətdə o, evlənib, ata olub və boşanıb.

Xüsusi təhlükəli cinayətkarı, nəhayət, Gürcüstanda saxlamaq mümkün olub.

Hazırda onun vətəninə ekstradisiyası müzakirə edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.