Dünya

Roma Papası Milad bayramına qarşı münasibəti qınadı

20 Dekabr 2020 18:44
Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma Papası Fransisk bildirib ki, bir çoxu istehlak məntiqinə tabe olaraq Miladın əsl mənasını unudur.

Milli.Az APA-ya istinadən bildirir ki, o deyib ki, hədiyyələr, alış-veriş, gəzinti istehlakçıları miladın əsl mahiyyətini oğurlayıb:

"Beytləhmdə (Məsihin doğulduğu yer) yoxsulluq var idi, amma sevgi daha çox idi".

Papa bayramın əsl ruhuna qayıtmaqla bağlı çağırış edib.

Fransisk daha əvvəl qeyd etmişdi ki, koronavirus pandemiyasının mövcud şərtləri və bununla əlaqədar qoyulmuş məhdudiyyətlər imkan verir ki, qarşıdan gələn Milad bayramını "daha ​​dini" formada qarşılayaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.