Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 731 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 208 638, ölənlərin sayı isə 2 094 nəfərə çatıb.
Virusa yoluxanlardan 180 441 nəfərin sağaldığı bildirilir.
Milli.Az